Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayədəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Danışıqlar zamanı müzakirə mövzsunun əsasını Dağlıq Qarabağ problemi təşkil edib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayədəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Danışıqlar zamanı müzakirə mövzsunun əsasını Dağlıq Qarabağ problemi təşkil edib.

“Paşinyan işğal siyasətini davam etdirir”- Aqil Camal

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayədəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Danışıqlar zamanı müzakirə mövzsunun əsasını Dağlıq Qarabağ problemi təşkil edib.

Z.Həsənov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir.

T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tezliklə sülh yolu ilə həllinə tərəfdarı olduğunu vurğulayıb. Qonaq Ermənistanın yeni baş naziri Nikol Paşinyanın hazırda yürütdüyü siyasətin münaqişənin sülh yolu ilə həllinə yönəldiyinə ümidvar olduğunu bildirib. Maraqlıdır, doğrudanmı Avropa İttifaqı Paşinyanı “sülh göyərçini” sayır?

Mövzu ilə bağlı “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal ilə əlaqə saxladıq.

A. Camal deyib ki, Ermənistanın siyasəti işğalçı siyasətdir və bu heç vaxt dəyişməyəcək:

“Görünür, Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsi Avropa qurumlarının təmsilçilərində onun pozitiv, islahatlara yol açacaq bir dövlət adamı olacağına ümid yaradıb. Bəlkə də bu ümidin yaranmasına Paşinyanın ölkə daxilində keçmiş hərbi xuntanın liderlərinə qarşı başlatdığı mübarizə səbəb olub. Onlar düşünürlər ki, hərbi xuntanın cəzalandırılması Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində də konstruktiv mövqe tutması ilə nəticələnə bilər. Amma Avropa qurumlarının yetkililəri Paşinyanın və komandasının Ermənistanın daxili məsələləri ilə Qarabağ məsələsinə baxışını eyniləşdirməməlidirlər.

Paşinyan komandası Ermənistanın düşdüyü ağır sosial-iqtisadi böhrandan çıxarmaq, beynəlxalq səviyyədə etimad qazanmaq üçün ölkə daxilində mümkün olduğu qədər iqtisadi-siyasi islahatlar həyata keçirə, keçmiş hakimiyyətin rəhbərlərini həbs edə bilər. Amma bu o demək deyil ki, münaqişənin həllinə münasibətdə də eyni yanaşma sərgilənəcək.

Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar bildirir ki, Nikol Paşinyanın hazırda yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həllinə ümid yaradıb. Məgər indiyədək Serj Sarkisyan da “münaqişənin sülh yolu ilə” həllinin tərəfdarı olduğunu demirdimi?

Bir şey dəqiq bilinməlidir: Ermənistanda işğal siyasəti Sarkisyanın getməsi, Paşinyanın gəlməsi ilə dəyişmir. Ermənistanda işğalçılıq dövlət siyasətidir, dövlətin ideoloji əsasıdır. Çünki, Ermənistan dövləti özü Azərbaycan torpaqları üzərində yaradılıb və zaman-zaman Azərbaycan torpaqları hesabına ərazisini genişləndirib. Erməni cəmiyyətində qonşu ölkələrin torpaqları hesabına yeni ərazilər əldə etmək ideyası bu gün də səsləndirilməkdədir.

Ona görə də, bu gün Paşinyanın münaqişənin nizamlanmasında güzəştli mövqe tutacağı haqqında ümidlər yalnız illüziyadır. Ermənistan hakimiyyət başında kimin olmasından asılı olmayaraq yalnız beynəlxalq təzyiqlər və sərt sanksiyalar əsasında ədalətli sülhə məcbur edilə bilər. Bu baxımdan, Paşinyanın ölkə daxilində həyata keçirdiyi “reformaları” Qarabağ münasiqəsinin həllinə bağlamaq kökündən yanlışdır. “

Pərvanə Ağazadə
AzNews.az