- Toplum
- 7 Aprel 2019 21:57
- 3 526
Sumqayıtda partlayış: yaralılar var

Yaralılar xəstəxanaya çatdırılıb.
Bu gün səhər saatlarında Sumqayıt şəhərinin "Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.
Sumqayıt Şəhər Polis İdarəsindən "Azərtac"a bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.
Faktla bağlı polis idarəsində araşdırma aparılır.
AzNews.az