• Toplum
  • 24 Noyabr 2022 20:05
  •  4 063

Baş Prokuror: "Özünü öldürmə cinayətlərində azalma var"

Baş prokuror intiharlarla bağlı xəbərlərin yayılmasına münasibət bildirib.

Aznews.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Elmi Məsləhət Şurasının iclasında deyib ki, bəzi hallarda məlumatlar düzgün işıqlandırılmır.

"Bu halların geniş, təfərrüatları ilə işıqlandırılması intihar hallarının çoxalmasına gətirib çıxarır. Biz bir müddət əvvəl jurnalistlərlə görüş təşkil etdik. Bu cür xəbərlərin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr apardıq. Bu, öz nəticəsini verdi. Ötən ilin birinci yarım ili ilə müqayisədə 30-50 fakt azalma qeydə alınıb. Mətbuat artıq bu xəbərlərə həssaslıq nümayiş etdirir", - Kamran Əliyev qeyd edib.