- Toplum
- 12:23
- 1 382
FHN rəsmisi: Bu il 240 nəqliyyat vasitəsi yanıb

Bu il 240 nəqliyyat vasitəsi yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.
O bildirib ki, statistikaları nəzər salsaq 2023-cü ildə də 400 belə hadisə olub və 10 ölüm qeydə alınıb:
"Ötən il bu say 339-a düşüb və 1 ölüm halı olub. Bu il isə iyulun 15-nə qədər olan statistikaya görə 240 yanğın hadisəsi olub. Bu rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır".
Report