- Dünyanın halı
- 18 Sentyabr 2019 22:34
- 2 151
Şri-Lankada prezident seçkilərinin vaxtı açıqlandı

Seçkilər cari ilin 16 noyabrında keçiriləcək
Şri-Lankada prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.
Seçkilər cari ilin 16 noyabrında keçiriləcək. Namizədlərin qeydiyyatı isə oktyabrın 7-dən başlayacaq. Artıq ölkənin ən iri partiyası “Şri-Lanka Xalq Cəbhəsi” Qotabayy Racapaksın namizədliyini irəli sürüb. O, keçmiş prezident və hazırkı müxalifət lideri Mahinda Racapaksın qardaşıdır.
Hakim partiya isə namizədini açıqlamayıb.(qafqazinfo.az)
AzNews.az