Yaponiyanın Tokara adalarında üç həftə ərzində 2000-dən çox zəlzələ baş verib

Üç həftə ərzində Yaponiya sahillərində Tokara adaları yaxınlığında 2000-dən çox zəlzələ baş verib.

NHK telekanalı ölkənin meteorologiya departamentinə istinadən verdiyi məlumatda bu barədə bildirilib.

“Tokara adalarının sahillərində aktiv seysmik aktivlik davam edir: bu günə qədər intensivliyi 1 bal və daha yüksək olan 2000-dən çox zəlzələ qeydə alınıb”, - nəşrdə deyilir.

Qeyd olunur ki, alimlər ümumilikdə 2002 hadisəni qeydə alıblar. Zəlzələlərin sayında artım iyunun 21-də başlayıb. 4-5 bal gücündə təbii fəlakətlər də qeydə alınıb.

Mövsüm,

AzNews.az