- Dünyanın halı
- 14 İyul 13:49
- 2 042
Mahmud Abbas: Qəzzada yeganə həll yolu İsrailin geri çəkilməsidir

Fələstin prezidenti Mahmud Abbas İordaniyanın paytaxtı Əmmandakı evində Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə Fələstin torpaqlarında baş verən son hadisələri müzakirə edib .
Bu barədə Aznews.az Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinad xəbər verir.
Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı Abbas bildirib ki, “təcili atəşkəs lazımdır, bütün israilli məhbuslar və fələstinli məhbuslar azad edilməli, həmçinin Qəzza zolağına təcili humanitar yardım çatdırılmalıdır”.
Abbas , "Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə Fələstin dövlətinin bölgədəki bütün məsuliyyətləri öz üzərinə götürməsi təmin edilməlidir",-deyə qeyd edib.
Həmasdan "silahlarını Fələstin Muxtariyyətinə təhvil verməsini" tələb edən Abbas qeyd edib ki, "Fələstin Azadlıq Təşkilatı siyasi proqramına, beynəlxalq proqramına və beynəlxalq legitimliyinə uyğun olaraq siyasi fəaliyyətlə məşğul olmalıdır " .
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini və bu təklifi atəşkəs danışıqlarında vasitəçilik edən Qətər və Misirin Həmas-a təqdim etdiyini açıqlayıb.
Həmas Qəzzada İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması təklifinə verdiyi "müsbət cavabı" vasitəçilərə çatdırdığını və atəşkəsin həyata keçirilməsi üçün danışıqlara hazır olduğunu açıqlamışdı.
Təl-Əviv rəhbərliyi Qətər tərəfinin Qəzzada atəşkəs üçün təklif etdiyi düzəlişin qəbuledilməz olduğunu iddia etmişdi, lakin İsrail nümayəndə heyəti danışıqlar üçün Qətərin paytaxtı Dohaya getmişdi.
Qeyd olunub ki, Dohada davam edən danışıqlarda fikir ayrılıqları böyük ölçüdə həll edilib, lakin İsrailin Rəfah şəhəri və Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərini ayıran Moraq dəhlizinin işğalını davam etdirməkdə israrlı olmasının öhdəsindən gəlmək mümkün olmayıb.
Mövsüm,
AzNews.az