Qəzzada aclıq qurbanlarının sayı 235-ə çatıb

Qəzza zolağında aclıqdan ölənlərin sayı 235-ə çatıb, onlardan 106-sı uşaqdır.

Bu barədə anklavın Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir.

Departamentin Telegram kanalında deyilir: “Aclıq və qida çatışmazlığı qurbanlarının ümumi sayı 235 nəfərə çatıb, onlardan 106-sı uşaqdır.

Bildirilir ki, son 24 saat ərzində aclıqdan 8 ölüm, o cümlədən 3 uşaq arasında ölüm faktı qeydə alınıb. Bundan əlavə, son 24 saat ərzində Qəzza zolağında 123 ölü və 437 yaralı xəstəxanalara yerləşdirilib.

Mövsüm,

AzNews.az