Maduro: Trampın əllərini qana bulamaq istəyirlər

Venesuela Prezidenti Nikolas Maduro, paytaxt Karakasdakı bir universitetdə tələbələrlə görüşündə ABŞ-ın ölkəsinə mümkün hərbi müdaxiləsindən danışıb.

“TRAMPIN ƏLLƏRİNİ QANA BULAMAQ İSTƏYİRLƏR”

Maduro ABŞ Prezidenti Donald Trampın ailəsinə müraciət edərək deyib:

“Trampın əllərini qana bulamaq istəyirlər. Buradan Tramp ailəsinə səslənirəm: Trampın əllərini qanla ləkələmək istəyirlər. Ağ Evi kim idarə edir deyə soruşsanız, (ABŞ dövlət katibi) Marko Rubio idarə edir, Mayami mafiyası idarə edir.”

Prezident əlavə edib ki, ABŞ-ın əsl niyyətini yaxşı bilirlər:

“Əslində nəyə görə gəldiklərini bilirsiniz. Onlar Venesuelanın neftini pulsuz ələ keçirmək, ölkənin əsas qaz ehtiyatlarını nəzarət altına almaq istəyirlər. Amma buradan, paytaxt Karakasın küçələrindən, təhsil aldığım universitetdən sizə (ABŞ-a) səslənirəm: Venesuelada sülh, suverenlik, azadlıq və müstəqillik olacaq.”

Mövsüm,

AzNews.az