Rumıniyada 8 mərtəbəli yaşayış binasında partlayış baş verib

Rumıniyanın paytaxtı Buxarestdə səkkiz mərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışın gücü bəzi mərtəbələrin uçmasına səbəb olub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedicilər göndərilib.

Rumıniya Səhiyyə Nazirliyi partlayış nəticəsində 3 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını açıqlayıb. Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Partlayışın səbəbi hələ müəyyən edilməyib və ehtiyat tədbiri olaraq ərazidə qaz axını dayandırılıb. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Mövsüm,

AzNews.az