Filippini tropik qasırğa vurdu: 7 nəfər ölüb

Filippini Fengshen tropik qasırğası vurub.

Hadisələrdən sonra Filippin Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) son vəziyyətlə bağlı bəyanat yayıb.

Açıqlamada Luzon və Visayas bölgələrində 7 nəfərin həyatını itirdiyi, 2 nəfərin itkin düşdüyü, təxminən 245 min insanın yağışlardan mənfi təsirləndiyi qeyd edilib.

Açıqlamada minlərlə insanın təhlükəsiz bölgələrə təxliyə edildiyi, 83 binaya ziyan dəydiyi bildirilib.

Mövsüm,

AzNews.az