- Dünyanın halı
- 14:52
- 1 637
Donald Tusk: Polşa Ukraynada sülhməramlı missiyaya daxil olmayacaq
Polşa hərbi qulluqçuları Ukraynada təhlükəsizlik zəmanətləri çərçivəsində yerləşdirilə biləcək sülhməramlı kontingentə daxil olmayacaqlar.
Aznews.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
"Polşanın başqa vəzifələri var. Biz şərq cinahının təhlükəsizliyini təmin etməliyik. Polşa əsas qovşaq olacaq – təkcə (beynəlxalq hava limanı - red.) Yasonka deyil. Bizim limanlarımız və Ukraynanın bərpası üçün bütün logistika həlledici olacaq. Əgər Ukrayna üçün zəmanətlər faydalıdırsa, Polşa qaçılmaz olaraq logistik cəhətdən cəlb olunacaq", - o qeyd edib.
D.Tusk həmçinin vurğulayıb ki, ABŞ-nin iştirakı olmadan effektiv sülh danışıqları üçün real şans yoxdur.