Niderland Ukrayna 250 milyon avro, Kanada isə 36 milyon dollar ayırıb

Niderland hökuməti ABŞ-dan Ukraynanın F 16 qırıcıları üçün sursat alınmasına 250 milyon avro ayırdığını elan edib.

Aznews.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” Niderlandın Baş naziri Dik Sxoofa istinadən məlumat yayıb.

Bundan əlavə, Dik Sxoof Ukraynaya 700 milyon avro məbləğində əlavə müdafiə yardımı vəd edib.

Eyni zamanda, Kanadanın müdafiə naziri Devid Makqinti Ukraynanın Müdafiə məsələləri üzrə 32-ci Əlaqə Qrupunun (“Ramşteyn” formatı) iclası zamanı Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə dron alınmasına 50 milyon Kanada dolları (təxminən 36 milyon ABŞ dolları) ayırdıqlarını elan edib.