- Dünyanın halı
- 00:58
- 1 982
Dünya interneti İranın nəzarətinə keçir
İran Hörmüz boğazının dibi ilə keçən beynəlxalq internet kabellərinə nəzarət etməyə və onların istifadəsinə görə ödəniş tələb etməyə hazırlaşır.
AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, iddialara əsasən, Tehran bu tələblər yerinə yetirilməyəcəyi halda kabellərin kəsilməsi variantını da gündəmə gətirir. Məlumatda bildirilir ki, söhbət qlobal internet trafikinin mühüm hissəsini daşıyan strateji kommunikasiya xətlərindən gedir.
Qeyd olunur ki, müasir dünyada sualtı internet kabellərinə mümkün müdaxilə yalnız rabitə problemi yaratmır. Bu xətlər üzərindən bulud texnologiyaları, beynəlxalq ödəniş sistemləri, məlumat mərkəzləri və süni intellekt infrastrukturu da fəaliyyət göstərir.
Məlumata görə, Hörmüz boğazından keçən kommunikasiya xətlərində yaranacaq mümkün böhran qlobal internet sisteminə və dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər.