"Fətullah Gülənin könüllülər hərəkatı özünü və dünyanı dərk etməyin yeni möcüzəsidir" "Fətullah Gülənin könüllülər hərəkatı özünü və dünyanı dərk etməyin yeni möcüzəsidir"

"Fətullah Güləni alqışlayıram, onu Heydər Əliyevlə bir sırada görürəm" - Qulu Məhərrəmli

"Fətullah Gülənin könüllülər hərəkatı özünü və dünyanı dərk etməyin yeni möcüzəsidir"

Mediada islahatların ziyalı siması Qulu Məhərrəmlinin 11 may 2010-cu ildə Lent.az saytına verdiyi müsahibədən:

"O ki, qaldı Fətullah Gülənə, bilirəm ki, Türkiyədə ondan ehtiyatlanan və ideyalarından xoşlanmayan insanlar var. Həmin insanların Azərbaycanda müəyyən insanlara təsiri də sirr deyildir. Mənim isə Fətullah Gülənlə bağlı başqa fikirlərim var, çünki on il əvvəl İstanbulda onunla görüşüb müsahibə almışam. Bu adamı jurnalistlik fəaliyyətimdə görüşüb müsahibə aldığım M.Tetçer, B.Yeltsin, M.Olbrayt, İ.Rabin, H.Əliyev, S.Dəmirəl kimi maraqlı adamlar sırasında görmüşəm. Mən Fətullah Güləni əsrimizin nəhəng düşüncə adamlarından biri, dialoq və xoşgörüşlü insanı hesab edirəm. Onu Mahatma Qandi ilə müqayisə edənlər yanılmırlar. Fətullah Gülənin təşəbbüsçüsü olduğu böyük maarifçilik xəttini və “könüllülər hərəkatını” alqışlayıram. Bu hərəkat özünü və dünyanı dərk etməyin yeni möcüzəsidir. Dialoqa, tolerantlığa və xoş niyyətə əsaslanan bu hərəkat dünyanın onlarca ölkəsində türk dilini, türkçülüyü təbliğ edir və ən müasir təhsil texnologiyasına əsaslanır. Bilirsiniz, biz nəhayət ki, adamları onların haqqında bəd niyyətlə yayılan şayiələrə görə deyil, əməllərinə görə qiymətləndirməyi öyrənməliyik. Mən əxlaqlı, dinə səmimi olanlara, təbii ki, xalqıma və ölkəmə fayda verənlərə rəğbətimi gizlətmirəm. Ümumiyyətlə, münasibət gizlətmək mənim xarakterimə yaddır. Xoşum gəlməyən adam bunu mütləq bilir. Kiməsə xoş görünmək üçün özümü başqalarının ölçülərinə uyğunlaşdıra bilmərəm".

AzNews.az