- Üçüncü sektor
- 23 Yanvar 2019 16:31
- 3 746
Təcavüzdə təqsirləndirilən müğənni sərbəst buraxıldı
Chris Broun 2009-cu ildə sevgilisi Rihannanı döymüşdü.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda informasiyanı Paris prokurorluğu yayıb.
Bir qadının şikayətinə görə Fransada saxlanılan ABŞ-lı müğənni Chris Broun və iki nəfər sərbəst buraxılıb.
Prokurorluq Brounun istintaqının davam etdiyi müddətdə Fransadan uzaqlaşmağının problem olmadığını deyib.
29 yaşlı Grammy mükafatlı müğənni Broun 2009-cu ildə sevgilisi Rihannanı döydüyü üçün məhkəməyə çıxarılıb. Məhkəmə onu 5 il nəzarətdə saxlamaq, 1 il ailə məsləhətçisi yanına getmək şərti ilə azadlığa buraxıb.
Nigar CƏFƏR
AzNews.az