- Üçüncü sektor
- 31 Yanvar 2019 16:48
- 4 418
Demet Akalın 35 minlik üzüyünü fanatına verdi - toy hədiyyəsi
Hadisə Haliç Konqres Mərkəzində baş verib.
Türkiyəli müğənni Demet Akalın dünən Haliç Konqres Mərkəzində konsert verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənninin konserti zamanı tamaşaçılardan biri ona yaxınlaşaraq sevgilisinə evlilik təklifi etmək istədiyini deyib.
Demet Akalın konsertin ortalarına yaxın həmin cütlüyü səhnəyə dəvət edib.
Məşhur müğənni evlilik təklifi alan fanatına toy hədiyyəsi olaraq barmağındaki 35 min lirəlik üzüyü verib.
Nigar CƏFƏR
AzNews.az