Xərçəngdən əziyyət çəkən məşhur aktyor dünyasını dəyişdi - FOTO

Sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Türkiyənin tanınmış aktyoru Aytaç Arman 70 yaşında vəfat edib.

Sənətçi müalicə aldığı İstanbul Onkologiya Xəstəxanasında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, A.Arman aktyorluq sənətinə 1971-ci ildə gəlib. O, həmyerlisi Yılmaz Güneyin "Baba" filmində rol almaqla diqqət mərkəzinə düşüb. Bundan sonra yüzlərlə filmə və seriala çəkilib, həmçinin bir çox mükafatlara layiq görülüb. (report)

AzNews.az

image description