- Üçüncü sektor
- 27 Fevral 2019 12:36
- 3 833
Yalına evlilik təklifləri gəlir
"Uşaq sahibi olmaq istəyirəm"
Türkiyəli müğənni Yalın evlilik haqda danışandan sonra sosial media hesablarından mesajlar gəlməyə başlayıb.
Belə ki, pərəstişkarları Yalını evlilik təklifi yağışına tutub.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yalın "Ailəm yavaş-yavaş bu məsələdə məni sıxışdırmağa başlayıb. Uşaq sahibi olmaq istəyirəm. Hətta istəyirəm 4 qızım olsun ", deyib.
Bu sözlərdən sonra onun sosial media hesablarına durmadan mesajlar gəlməyə başlayıb. Hətta evinə çiçək göndərənlər də olub.
Yalının evinə məktub və çiçək göndərən pərəstişkarları: "Tarkan da həyat yoldaşını fanatlarından tapdı. Mənimlə evlənərsən?", deyə sual veriblər.
Səidə Nurməmmədli
AzNews.az