- Üçüncü sektor
- 23 Aprel 2019 15:52
- 3 026
O, Fransada "Ən çox sevilən kişi sənətçisi" seçildi
Bütün Türkiyəni buraya daşımışsınız
Fransanın Lyon şəhərində bu il 9-cu dəfə reallaşan Ənənəvi Lyon mədəniyyət festivalında məşhur türk aktyoru Murat Yıldırım “Ən çox sevilən kişi sənətçisi” mükafatına layiq görülüb.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Murat Yıldırım Türk mədəniyyətinin tanınması tədbiri ilə bağlı fikirlərini bildirib:
"Bütün Türkiyəni buraya daşımışsınız. Çox səmimi, çox istiqanlı insanlar var, bizi çox gözəl qarşıladılar. Onlara burdan təkrar təşəkkür edirəm”
Mükafat mərasimindən sonra fanatları tərəfindən maraqla qarşılanan Murat Yıldırım onların hər biri ilə görüşüb.
Səidə Vahid
AzNews.az