Dünya İqtisadi Forumunda Azərbaycan öz potensialını uğurla təqdim edir- Yalçın Hacızadə

Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda builki iştirakı əlamətdar hadisədir. Forum 1970-ci ildən ənənəvi şəkildə hər il keçirilir. Forumun keçirilməsində əsas məqsəd dövlət və hökümət başçılarının, beynəlxaq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznes insanlarının iştirakı ilə yeni beynəlxaql iqtisadi layihələrin keçirilməsini müzakirə və təşkil etməkdir.
İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətinə, beynəlxaq münasibətlərə də ciddi təsirə malikdir. Həmçinin, dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı, enerji təhlükəsizliyi kimi problemlərin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş insanlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya gətirən Davos İqtisadi Forumu şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı kimi 2007-ci ldə “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında keçirilən Forumda iştirak edib. Həmin vaxt Prezident “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda çıxış edərək “ölkəmizdə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb və bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyini məsələsində Azərbaycanın rolunun günbəgün artığını qeyd edən dövlət başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib”. Bunu xatırlatmaqda məqsədim ondan ibarətdir ki, Prezident İlham Əliyev 16 il bundan əvvəl dünyanın ən böyük İqtisadi Forumunda gözlənən enerji təhlükəsi mövzusuna toxunaraq, Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən və bu təhlükənin qarşısının alınmasında oynadığı roldan danışıb. Dövlət başçısı sonralar da müxtəlif mövzularda keçirilən Forumda olaraq, müzakirələrdə iştirak edib.
Builki Forum 53-cü olmaqla “Parçalanmış dünyada əməkdaşlıq” adı altında keçirilir və dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir.
Budəfəki Forumda dünya liderlərindən qlobal problemləri həll etmək üçün birgə səylər göstərmək, insanların təcili, kritik ehtiyaclarını ödəmək, eyni zamanda, onilliyin sonuna qədər daha dayanıqlı dünya üçün zəmin yaratmaq məqsədilə addımların atılması gözlənilir.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Azərbaycanın belə bir tədbirdə iştirak edərək iqtisadi və nəqliyyat kommunikasiya imkanlarını, enerji layihələrini bir daha təqdim etməsi baxımından əhəmiyyətlidir. İşğaldan azad olunmuş ərazilərimizdə yeni iqtisadi imkanların mövcud olması, yaşıl və bərpa olunan enerji sahələrinə investisiya cəlb edilməsi məqsədi ilə belə tədbirlərdə iştirak bizim üçün çox vacibdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Avropa İttifaqı nəznində həm də digər ölkələr və beynəlxaql təşkilatlarla başqa sahələrlə yanaşı iqtisadi əlaqələr daha da gücləndirilir. Elə bir neçə gün bundan öncə də ölkə rəhbəri Əbu-Dabidə keçirilən “Dayanıqlılıq həftəsinin” açlışı mərasimində də iştirak etmişdir. Tədbirin əsas məqsədlərindən biri iştirakçı ölkələr arasında əlaqələrin təmin edilməsi, iqlim dəyişikliyi, sərmayə və texnologiyaların genişləndirilməsi üzrə əməkdaşlığın dəstəklənməsidir.
Bütövlükdə Azərbaycan Prezidentinin son illər Avropa İttifaqında, Əbu-Dabidə “Dayanıqlılıq həftəsində” və bu günlərdə Davos İqtisadi Forumunda keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr ölkəmizə bərpa olunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək. Eyni zamanda, bu, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşması və həmin ərazilərə investisiyanın cəlb edilməsi deməkdir.

Yalçın Hacızadə
Ana Vətən Partiyası sədrinin müavini