- Tribuna
- 22 İyun 2023 18:37
- 22 048
Azərbaycanda separatçı rejimi ayaqda saxlayan hər kəs cəzasını alacaq - Elşad Mirbəşiroğlu
Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran təhqiqat komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə bildirib ki, "Artsax prezidenti" Araik Arutyunyanı sorğulanmaq üçün İrəvana dəvət ediləcək.
“Düşünürəm ki, Araik Arutunyanın Azərbaycan nəzarət buraxılış məntəqəsindən keçməyə cəsarəti çatmaz”.
Mövzu ilə bağlı AzNews.az-a danışan millət vəkili Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, Azərbaycan ərazilərində mövcud olan dinc ermənilərin reinteqrasiyasının tərəfdarıdır:
“Biz hər zaman vurğulayırıq ki, onlar yalnız Azərbaycan vətəndaşları statusunda, Azərbaycan qanunlarına tabe olaraq ərazilərimizdə mövcudluqlarını davam etdirə bilərlər. Bunu cənab prezident də vurğulayıb ki, Azərbaycana qarşı cinayətlərdə əli olmayan insanlar Azərbaycanın hüquq müstəvisinə reinteqrasiya oluna bilərlər".
E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycana qarşı cinayətlərdə, separatizmdə iştirak edən insanlar qanun qarşısında məsuliyyət daşıyırlar və cavab verəcəklər:
“Araik isə separatçı rejimin rəhbəridir və cinayətkardır. Bu baxımdan təbii ki, o sərbəst şəkildə nəzarət-buraxılış məntəqəsindən keçməyə cəsarət etməsi inandırıcı deyil. Amma Araik Arutunyan da başda olmaqla Azərbaycan da separatçı rejimi ayaqda saxlayan, Azərbaycana qarşı törədilən cinayətlərdə əli olan hər bir kəs gec və ya tez öz cəzasını alacaq, məsuliyyətə cəlb olunacaq”.
Rəşid Qarayev