ABŞ uzun müddətdir Türkiyənin Rusiyadan S400 alışını ləğv etməyini istəyir. ABŞ uzun müddətdir Türkiyənin Rusiyadan S400 alışını ləğv etməyini istəyir.

Ankarada ABŞ-la Türkiyə arasında Patriot danışıqları - Təcili

ABŞ uzun müddətdir Türkiyənin Rusiyadan S400 alışını ləğv etməyini istəyir.

ABŞ hakimiyyəti Türkiyəyə Patriot hava və raket müafiə sistemlərinin satışını təklif etdiyi bildirilib.

AzNews.az xəbər verir ki, ABŞ-dan gələn bir heyət Ankarada Müdafiə Sənayesi Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyindəki həmkarlarından ibarət heyətlə danışıqlar aparır.

Görüşlərdə ABŞ hakimiyyətinin Patriot sistemləri ilə bağlı satış təklifini Türkiyə tərəfinə bildirdiyi deyilir.

Qeyd edək ki, ABŞ Dövlət Katibliyi 3.5 milyard dollar dəyərindəki Patriot sistemlərinin Türkiyəyə satışını 19 dekabrda qəbul edib.

ABŞ uzun müddətdir Türkiyənin Rusiyadan S400 alışını ləğv etməyini istəyir. Ancaq Türkiyə S400-lərin ləğv edilməsinin Patriot satışında ön şərt kimi təqdim olunmağına etiraz edir.

Ankaranın raket müdafiə sisteminin alışında qiymətlə bərabər digər gözləntisi isə texnologiya paylaşımıdır. Belə ki, Türkiyə ABŞ tərəfinin texnologiya sahəsində də sərfəli təkliflər təqdim etməyini tələb edir.

Pərvanə Ağazadə

AzNews.az