Berlin şəhər nəqliyyatı idarəsinin əməkdaşları aprelin 1-də 24 saatlıq tətilə başlayıblar. Berlin şəhər nəqliyyatı idarəsinin əməkdaşları aprelin 1-də 24 saatlıq tətilə başlayıblar.
  • Qərb
  • 1 Aprel 2019 17:08
  •  2 438

Berlinin ictimai nəqliyyatı tətil səbəbindən dayandı

Berlin şəhər nəqliyyatı idarəsinin əməkdaşları aprelin 1-də 24 saatlıq tətilə başlayıblar.

“Zeit” qəzeti xəbər verir ki, tətillər səbəbindən Almaniya paytaxtında ictimai nəqliyyat iflic vəziyyətinə düşüb. Yerli vaxtla saat 03:00-dan etibarən metropoliten işləmir, tramvay və avtobusların əksəriyyətinin hərəkəti dayandırılıb.

Tətilin təşəbbüskarı xidmət sahəsi əməkdaşlarının həmkarlar ittifaqıdır. Onlar maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Almaniya paytaxtının nəqliyyat idarəsində 14,6 min nəfər çalışır.(AZƏRTAC)

AzNews.az