- Qərb
- 9 Aprel 2019 08:58
- 1 177
Misir prezidenti ABŞ-a getdi

ABŞ prezidenti Əbdül Fəttah əs-Sisi ABŞ-a rəsmi səfərə gedib.
"TASS"ın verdiyi məlumata görə, bu səfər əs-Sisinin Misir prezidenti seçildikdən sonra ABŞ-a ikinci səfəridir.
Bildirilir ki, Misir prezidenti səfər çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşəcək. Bu iki liderin 6-cı görüşü olacaq.
Məlumata əsasən, görüş zamanı tərəflər Birləşmiş Ştatlar və Misir arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərini, o cümlədən sıx hərbi, iqtisadi və terror əleyhinə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.(trend.az)
AzNews.az