Heyvanları qanunsuz saxlayan şəxs barəsində cinayət işi açılıb Heyvanları qanunsuz saxlayan şəxs barəsində cinayət işi açılıb
  • Qərb
  • 17 Avqust 2019 18:43
  •  2 453

Ticarət mərkəzindən 300-dən çox kirpi müsadirə edildi

Heyvanları qanunsuz saxlayan şəxs barəsində cinayət işi açılıb

ABŞ polisi Miçiqan ştatında ticarət mərkəzində qanunsuz saxlanan 300-dən çox kirpini müsadirə edib.

Polisə daxil olan zəngdən sonra həmin ünvanda axtarış aparılıb.

Nəticədə kirpilərlə yanaşı, 2 kenquru, tovuz quşu, şimal tülküsü və uzunluğu 5 metr, çəkisi 90 kiloqrama yaxın olan piton müsadirə edilib.

Qeyd olunur ki, heyvanları qanunsuz saxlayan şəxs barəsində cinayət işi açılıb.(trend.az)

AzNews.az