- Qərb
- 17 May 2020 15:42
- 4 068
ABŞ-da Trampa qarşı növbəti araşdırma başlayıb

Konqresmenlərin verdiyi açıqlamaya görə, bu şəxslər siyasi motivlə işdən çıxarılıblar
ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatındakı demokratlar Prezident Donald Trampa qarşı yeni araşdırma başladıb.
AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, araşdırma bir sıra vəzifəli şəxslərin, o cümlədən Dövlət Departamentinin müfəttişi Steve Linikin vəzifədən azad edilməsi ilə bağlıdır.
Konqresmenlərin verdiyi açıqlamaya görə, bu şəxslər siyasi motivlə işdən çıxarılıblar.