Avropa İttifaqı ABŞ-yə qarşı rüsumların ikinci siyahısını yekunlaşdırıb

ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət gərginliyi sürətlə artmaqdadır.

ABŞ prezidenti Donald Trampın avqustun 1-dən etibarən Aİ-dən idxala 30 faizlik gömrük rüsumunun tətbiqi qərarı Brüsseldə sərt reaksiyalara səbəb olub.

Avropa Birliyi Trampın tariflərinə cavab olaraq daha əvvəl tətbiq etdiyi 10%-lik müvəqqəti tarifləri genişləndirmək və yeni cavab tədbirləri görməyə qərar verib.

Avropa Komissiyası ABŞ-nin idxalına cavab rüsumlarının ikinci paketinin layihəsini yekunlaşdırıb.

Ümumi dəyəri 72 milyard avro olan bu yeni siyahı Boeing təyyarələri, avtomobillər, spirtli içkilər və kənd təsərrüfatı məhsulları kimi bir çox sektoru əhatə edir.

Mövsüm,

AzNews.az