• Qərb
  • 15 İyul 17:43
  •  942

Ukrayna Aİ-nin rouminq zonasına qoşulur

Aİ Komissiyası 2026-cı il yanvarın 1-də Aİ Şurasının Ukraynanın Aİ-nin rouminq zonasına daxil edilməsi ilə bağlı tənzimləmə təklifini qəbul etdiyini açıqlayıb.

Açıqlamada Ukraynanın Aİ-nin rouminq zonasına daxil olması ilə 27 Aİ ölkəsində Ukrayna telefon nömrələrindən heç bir əlavə ödəniş tələb olunmadan zənglər ediləcək, mesajlar göndəriləcək və mobil məlumatlardan istifadə ediləcəyi, eyni hüquqların Ukraynadakı avropalılara da təqdim ediləcəyi bildirilib.

Aİ-də mobil telefon operatorlarının abunəçilərdən rouminq haqqı almamasını təmin edən tənzimləmə 2017-ci ildə qüvvəyə minib.

Belə ki, Aİ daxilində istənilən ölkədə mobil telefon operatorunun abunəçisi olan istifadəçilər Aİ-nin başqa ölkəsinə səfər edərkən öz operator tarifindən və müqaviləsindən istifadə etməklə heç bir əlavə ödəniş etmədən öz zəng, mesajlaşma və data paketlərindən istifadə edə bilərlər.

Mövsüm,

AzNews.az