- Qərb
- 15 İyul 17:47
- 1 570
Şmıqal Ukraynanın baş naziri vəzifəsindən istefa verib

Ukraynanın baş naziri Denis Şmıqal ölkə hökumətinin başçısı vəzifəsindən istefa verib.
“Ukrayna prezidenti Volodimir Zelenskiyə etimada görə təşəkkür edirəm!”, - Şmıqal öz Teleqram kanalında yazıb.
Bundan əlavə, o, Nazirlər Kabinetinin bütün kollektivinə, eləcə də hərbçilərə minnətdarlığını bildirib. Şmıqal Ukrayna Ali Radasına istefa ərizəsinin fotosunu da dərc edib.
Mövsüm,
AzNews.az