- Qərb
- 15 İyul 18:40
- 925
Aİ ölkələri Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul edə bilməyib

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri iclasda 18-ci anti-Rusiya sanksiyalar paketini qəbul edə bilməyiblər.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
“Burada böyük əksəriyyət yeni sanksiyalar paketlərinin qəbul edilməsinin tərəfdarıdır, lakin bu gün, ən azı, hələlik, yeni paket qəbul edilməyib”, - o, Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekununda deyib.
Mövsüm,
AzNews.az