Politico: Paris ABŞ-nin Ukrayna üçün silah alışında iştirak etmək niyyətində deyil

Paris öz silah istehsalını inkişaf etdirmək istəyi fonunda Kiyev üçün ABŞ silahlarının alınması ilə bağlı təşəbbüsdə iştirak etmək niyyətində deyil .

Politico bu barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı Kiyev üçün Amerika silahlarının alınması təşəbbüsündə iştirak etməyə hazır olan ölkələri sadalayıb. Həmin vaxt ABŞ lideri Fransanın adını çəkməmişdi.

Qəzet qeyd edir ki, respublika prezidenti Emmanuel Makron uzun müddətdir ki, Avropa vətəndaşlarını yerli istehsalçılardan silah almaqla öz müdafiə sənayesini inkişaf etdirməyə çağırır.

"Bu səbəbdən Paris Amerika silahlarının alınması təşəbbüsünə qoşulmayacaq. Fransa hökuməti də öz müdafiə xərclərini artırmaqda çətinlik çəkir, büdcəni azaltmağa və böyük kəsiri cilovlamağa çalışır", - nəşr yazır.

Mövsüm,

AzNews.az