- Qərb
- 13:11
- 1 167
Tramp Ukraynaya Patriot raketləri göndərməyə başladığını açıqlayıb

Hazırda Almaniyadan Ukraynaya “Patriot” zenit-raket kompleksi üçün raketlər göndərilir.
Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Onlar artıq göndərilir. Almaniyadan gəlirlər və sonra Almaniya tərəfindən əvəz olunurlar,” – Tramp Pensilvaniyada keçirilən tədbirdən sonra jurnalistlərə bildirib. “Bütün hallarda, Birləşmiş Ştatlara tam şəkildə geri ödəniş edilir.”
Bundan əlavə, Amerika lideri qeyd edib ki, ödənişlər ya NATO vasitəsilə, ya da birbaşa Aİ-yə üzv ölkələrdən həyata keçiriləcək.
Mövsüm,
AzNews.az