- Qərb
- 13:16
- 914
Nyu-Cersidə daşqınlar nəticəsində azı iki nəfər ölüb

Nyu-Cersi ştatında daşqınlar nəticəsində azı iki nəfər həlak olub.
CBS News ştatın qubernatoru Fil Merfiyə istinadən xəbər verir.
“Merfi Plainfild şəhərində iki ölüm və Şimali Plainfild bölgəsindəki evdə baş verən partlayışdan danışıb”, - nəşrin məqaləsində deyilir.
Qubernator bildirib ki, qurbanlar su altında qalmış avtomobildə olublar. Onların adları açıqlanmayıb. Merfi insan itkisindən təəssüfləndiyini bildirib və fövqəladə hallara cavab sistemlərinin gücləndirilməsi üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.
Mövsüm,
AzNews.az