- Qərb
- 13 Avqust 16:25
- 1 547
Serbiyada etiraz aksiyaları zamanı 70-ə yaxın adam yaralanıb

Vrbasda Serbiyada keçirilən etirazlar nəticəsində 16-sı polis olmaqla, 70-ə yaxın adam yaralanıb.
Bu barədə Serbiyanın milli televiziyası RTS-ə polis direktoru Draqan Vasilyeviç bildirib.
Hadisənin avqustun 12-də axşam saatlarında bir qrup vətəndaşın Serbiya Tərəqqi Partiyası və onun tərəfdarlarının binası qarşısında etiraz aksiyası keçirməsi zamanı baş verdiyi dəqiqləşdirilir. Vasilyeviçin sözlərinə görə, təkcə Vrbasda 16 polis əməkdaşı yaralanıb, 52 vətəndaş isə tibbi yardıma müraciət edib.
"Polis gecə və səhər bir neçə nəfəri saxladı, Vrbasda vəziyyət yalnız bu gün səhər saat 6 radələrində dağıdılma zamanı sakitləşdi", - Vasilyeviç deyib.
Mövsüm,
AzNews.az