- Qərb
- 12:09
- 1 093
Aİ Gürcüstana Rusiyaya qarşı sərt tələb irəli sürdü
Avropa İttifaqınin açıq şəkildə Gürcüstandan Rusiya ilə nəqliyyat əlaqələrini, o cümlədən aviareysləri dayandırmağı tələb etdiyi bildirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin açıqlama verib.
Onun sözlərinə görə, Brüssel eyni zamanda Gürcüstandan Rusiyaya qarşı Aİ sanksiyalarına qoşulmağı və enerji embarqosu tətbiq etməyi də tələb edir.
Mixail Kaluqin bildirib ki, Aİ bu tələblərin Gürcüstan iqtisadiyyatına mənfi təsirləri ilə maraqlanmır və əsas məqsəd Rusiyaya zərər vurmaqdır.
Rus diplomat əlavə edib ki, Moskvanın təcrid olunmasına yönəlmiş siyasətdə Aİ “Gürcüstan maneəsi” ilə qarşılaşıb və burada ölkənin milli maraqlarına əsaslanan praqmatik yanaşma üstünlük qazanıb.
Mövsüm,
AzNews.az