- Hadisə
- 28 Avqust 12:59
- 2 907
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb

Azərbaycan və Ermənistan arasında sülhün qurulması barədə bəyanatlar tərəflər arasında fikir ayrılıqlarının olmaması demək deyil.
"Report"un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
"Sülhün bərqərar olduğunu deməyimiz o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Heç vaxt münaqişə yaşamadığımız və dostluq əlaqələri qurduğumuz dövlətlərlə münasibətlərimizdə bir-birimizə suallarımız yaranır", - o bildirib.
Baş nazir əlavə edib ki, dövlətlərarası münasibətlərin qurulması və inkişafı prosesi "dinamikdir".
AzNews.az