Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, qətldə şübhəli bilinən ərinin meyiti tapılıb

Tovuzda qətl hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Əyyublu kənd sakini 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızı bıçaqlanıb.

Qadın hadisə yerində ölüb.

Hadisənin onu əri 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu tərəfindən törədildiyi bildirilir. Qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.

Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.

Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermanın ərazisində aşkarlanıb.

İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.

Qeyd edək ki, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və Səbuhi Hacızadə Mətanət Hacızadəni bıçaqlayaraq öldürüb.

Onların 3 azyaşlı oğlu var.

AzNews.az