Şahbaz Şərif: Şərtlərimiz qəbul olunarsa, Talibanla danışıqlara hazırıq

Pakistan "Pakistan Taliban (TTP) təşkilatına qarşı mübarizə" çərçivəsində oktyabrın 9-da Kabilə bəzi hava zərbələri endirib.

Əfqanıstan təhlükəsizlik qüvvələri oktyabrın 11-də Pakistanın sərhəd bölgəsindəki postlarına geniş hücumlarla cavab verib, yerlərdə toqquşmalar alovlanıb.

Əfqanıstan administrasiyası Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə qarşıdurmaların dayandırıldığını açıqlasa da, oktyabrın 14-də sərhəddə gərginlik yenidən artıb.

Pakistan oktyabrın 15-də Əfqanıstanın atəşkəs tələbindən sonra 48 saatlıq müvəqqəti atəşkəs elan edib.

“Dawn” qəzetinin məlumatına görə, Pakistanın baş naziri Şahbaz Şərif Nazirlər Kabinetində çıxış edərək ölkəsi ilə Əfqanıstan arasında yaranmış gərginliyə münasibət bildirib.

İki ölkə arasındakı problemlərin qalıcı həllinə ümid etdiyini vurğulayan Şərif , "Dünən 48 saatlıq müvəqqəti atəşkəs haqqında qərar verdik və bununla da onlar (Əfqanıstan rəhbərliyi) qanuni şərtlərimizi yerinə yetirmək istəsələr, danışıqlara hazır olduğumuz mesajını verdik", - deyə vurğulayıb.

Mövsüm,

AzNews.az