- Paytaxt
- 4 Fevral 2021 19:41
- 15 289
Altay Həsənov medalla təltif olundu

Bu gün A.Həsənovun 60 yaşı tamam olur
Prezident İlham Əliyev Altay Tofik oğlu Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
O, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, o, Birinci vitse-prezidentin Katibliyinin rəisidir. Bu gün A.Həsənovun 60 yaşı tamam olur.
AzNews.az analitik-informasiya portalının kollektivi çox hörmətli Altay Həsənovu 60 illik yubileyi və Prezident tərəfindən medalla təltif olunması münasibəti ilə təbrik edir, şəxsi həyatında və dövlətimizə xidmətində uğurlar arzulayır!