- Köhnə - Cəmiyyət
- 15 Mart 2017 14:33
- 4 465
Moskvadan Gəncə və Qəbələyə reyslər başladı

Martın 15-dən etibarən “Azərbaycan Hava Yolları”-nın aşağı büdcəli brendi AZALJET Moskvanın “Vnukovo” hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.
AzNews.az xəbər verir ki, ilk Moskva-Gəncə reysininin yerinə yetirilməsi münasibətilə martın 15-də AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə təntənəli tədbir keçirilib.
Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.
Hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir:
Vnukovo hava limanı ilə yanaşı, AZALJET Moskva Domodedovo hava limanına, Sankt- Peterburq (Pulkovo), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.
Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq - baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.