- Köhnə - Cəmiyyət
- 7 Fevral 2018 10:33
- 5 558
Uşağın ölümü ilə bağlı cinayət işi açıldı
Tovuzda azyaşlının yük maşını ilə vurulması faktı ilə bağlı cinayət işi başlanıb.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əyyublu kəndi ərazisində yolu keçən 2011-ci il təvəllüdlü Əsgərov Elvin Elnur oğlunun “KamAZ” markalı yük avtomobili ilə vurulması və qəza nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
AzNews.az