Novruz hansı dövlətlərdə qeyd olunur?

21 martda günəş şüalarının ekvatora yaxın gəlməsi ilə bahar da gəlmiş olur.

Bu gün sülh, dostluq və qardaşlıq anlamına gələn Novruz bayramı qeyd olunur.

Novruz nə deməkdir, niyə və necə qeyd edilir? Baharın müjdəçisi olan Novruz bayramında nələr olur? Diqqət edək...

Novruz Bayramı fərqli dövrlərdə sivilizasiyalar arasında qeyd olunur. Şimal yarımkürəsi 22 mart və ya 23 martda baharın gəlişini qeyd edir. Bu gündə vətəndaşlar atəş üzərindən tullanır, musiqi müşayiəti ilə mahnılar söyləyirlər, hədiyyələr paylanır ...

Novruz qədim İran təqviminə görə, ilin və baharın ilk günü; miladi təqvimə görə martın iyirmi ikisinə təsadüf edən gündür. İran inancına görə, Allah həmin gün kainatı və insanı yaradıb. Novruz bayramı qardaş Türkiyədə də qeyd olunur.

Eyni zamanda Novruz bayramında mədəniyyətlərə aid olan milli geyimlər geyinilir və rəqslər edilir. Novruz bayramı mədəniyyətlər arasında fərqli zamanlarda qeyd edilir. Bəziləri bu bayramı 21 martda qeyd edərkən, Şimali Yarımkürədə ilk baharın gəlişi 22 mart və ya 23 martda qeyd olunur. Astroloji olaraq Novruz günü 21 mart burclərdən ilk sırada yer alan Qoç bürcünun başlanğıc günüdür.

Orta Asiyadakı Novruz bayramında buğdadan bişirilən ənənəvi şiriyyatlar olur. Novruz Türklərin (Göytürklərin) dəmirdən dağı əridib çıxmaqlarını, baharın gəlişini, təbiətin oyanmasını təmsil edir.. Şərqi Türkistandan Balkanlara qədər bütün Türk tayfaları tərəfindən əsrlərdən keçərək bu günümüzə qədər gələn Novruz hər il 21 Martda qeyd edilir. On iki heyvanlı təqvim və Məlikşahın Cəlali təqvimində yeni il olaraq qeyd olunan 21 mart Divanu Lügatit-Türkdə də ilk baharın gəlişi olaraq mənalanır. Türk ədəbiyatı və musiqisinə də Novruz; Novruz-ı Əsl, Novruz-ı Ərəb, Novruz-ı Bayati, Novruz-ı Hicaz, Novruz-ı Əcəm və Novruz-ı Səba olaraq daxil olub. Tarixdə bir çox dövlət tərəfindən bayram olaraq qeyd edilir. Bunların başında Anadolu bəylikləri, Qədim Misir, İAzərbaycan, İran, Səfəvi, Sasani, Moğollar, Səlcuqlu və Osmanlı gəlir.

AzNews.az