- Köhnə - Cəmiyyət
- 30 Aprel 2015 15:18
- 2 570
Ərizə qəbulunun vaxtı uzadıldı

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrinin qəbulu mayın 1-dək uzadılıb.
AzNews.az xəbər verir ki, bu barədə məlumat TQDK-nın saytında yerləşdirilib. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər ərizələrinin təsdiqini mayın 1-i saat 17:00-dək, elektron ərizələrini özləri təsdiq etməli olan abituriyentlər isə mayın 1-i saat 23:59-dək başa çatdırmalıdırlar.
Məlumat üçün bildirək ki, 30 aprel saat 14:30 - a olan məlumata görə 85256 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 4873 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.
Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində "Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır" məlumatı göstərilir. Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.