Ağvani, Ağyol , Axlatyan , Axtaxana Ağvani, Ağyol , Axlatyan , Axtaxana
  • Mahal
  • 14 Sentyabr 2021 14:39
  •  6 250

Zəngəzur toponimləri

Ağvani, Ağyol , Axlatyan , Axtaxana

Əvvəli burada

Ağvani- Qafan rayonunda kənd adı. Qafqaz Albaniyasının son dövrlərə qədər mövcud olan yaşayış məntəqələrindən biri idi. Kənd adı Alban etnoniminin ermənicə tələffüz formasından yaranmışdır. Albanlı alban kəndi mənasındadır. 1950-ci illərdə kənd dağılmışdır.

Ağyol - Sisyan rayonunda kənd adı. Sisyan mahalının birinci inzibati sahəsində Hortagiz və Şıxlar kəndlərinin qonşuluğunda yerləşirdi. Kənddə 1886-cı ildə 29 nəfər azərbaycanlı əhali yaşamışdır. 1918-ci ilin yayında Andranikin rəhbərlik etdiyi daşnak dəstələri tərəfindən yaradılmışdır. Əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

Axlatyan - Sisyan rayonunda kənd adı. Bazarçayın sağ qolu olan Əyriçayın üzərində Şıxlar və Dulus kəndləri ni arasında yerləşir. 1590-cı ilə aid türk mənbələrində Əxlatian 1728-ci Türkiyədə Van gölü kənarında yerləşən Axlat əyalətindən gəlmiş ailələrin özləri ilə gətirdiyi addır. 1727-ci ildə bu kənddə 5 azərbaycanlı və 1 erməni ailəsi yaşayırdı. XIX əsrin 30-cu ilərində Azərbaycanlılar qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Axtaxana- Qafan rayonunda kənd adı. Bəzi mənbələrdə Axtalı kimi də qeyd olunmuşdur. Toponim kəndin əsasını qoymuş padar türklərini axtaçı tayfasının adı ilə bağlıdır. 1830-31-ci illərdə Türkiyədən gələn ermənilər yerləşdikdən sonra qarışıq kəndə çevrilmişdir. 1897-ci ildə burada 259 nəfər erməni , 27 nəfər azərbaycanlı yaşamışdır. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi “Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi” toplusunda kəndin adı Axta-xana şəklində göstərilmişdir. 1918-ci ildən sonra sırf erməni kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 01.06.1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Xlatağ sonra isə Dzorastan adlandırılmışdır.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013