Filippin hökümətinin hərbi hava qüvvələri səhvən öz hərbçilərinin olduğu mövqeləri bombalayıb. Filippin hökümətinin hərbi hava qüvvələri səhvən öz hərbçilərinin olduğu mövqeləri bombalayıb.

Filippin hərbi hava qüvvələri səhvən öz hərbçilərini bombaladı- 10 nəfər öldü

Filippin hökümətinin hərbi hava qüvvələri səhvən öz hərbçilərinin olduğu mövqeləri bombalayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 10 hərbçi ölüb, 7 nəfər yaralanıb. Hadisəni ölkənin müdafiə naziri Delfin Lorenzan etiraf edib:

“Bizim bir qrup hərçimiz aviazərbələrə məruz qalıb. Yalnış koordinasiya ucbatından biz öz adamlarımızı bombalamışıq.”

Filippinin Minadanao adasında üsyançılarla hökümət qüvvələri arasında qarşıdurma ötən aydan etibarən başlayıb. Prezident Rodriqo Duterte ərazidə hərbi vəziyyət elan edib.