- Köhnə - Dünya
- 27 Fevral 2018 11:49
- 4 944
ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhədində göründü
Amerikanın kəşfiyyat təyyarəsi və pilotsuz uçan aparatı Rusiyanın Qara dənizdəki sərhədləri yaxınlığında görünüblər.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, kəşfiyyat təyyarəsi Krit adasındakı hava bazasından uçub və Krım yarımadasının, habelə Krasnodarın üzərində bir saatdan çox müşahidə aparıb.
Qeyd edək ki, fevralın 23-də də ABŞ-ın 3 hərbi təyyarəsi Rusiyanın Baltik və Qara dənizdəki sərhədləri yaxınlığında görünüb.