- Köhnə - Dünya
- 27 Fevral 2018 17:09
- 4 031
Polşada şaxta 53 nəfərin həyatına son qoydu
Baharın gəlişinə sayılı günlər qalsa da Polşa Skandinaviya şaxtası ilə mübarizə aparır.
AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir ki, sinoptiklərin bildirdiyinə görə, Polşada gündüz mənfi 13 dərəcə şaxta olub. Lakin bəzən havada mənfi 26 dərəcəyədək soyuq olur.
Bir neçə gündür davam edən şaxtalı hava özü ilə ölüm də gətirib. Rekord dərəcədə şaxta olan dünənki gecədə 5 nəfər donaraq ölüb.
Noyabr ayından bu yana şaxta səbəbindən 53 nəfər həyatını itirib.