Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqələri verilməyə başlanıb. Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqələri verilməyə başlanıb.

Səudiyyə Ərəbistanında qadınlarla bağlı yenilik

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqələri verilməyə başlanıb.

Trend-in məlumatına görə, artıq bir qrup qadın avtomobil idarə etmək hüququ verən sənədi əldə edib.

Vəsiqəni alan qadınların sayı açıqlanmır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi qadağası iyunun 24-də aradan qaldırılacaq. Bu barədə ötən ilin sentyabrında Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud fərman imzalamışdı.

AzNews.az