- Köhnə - Dünya
- 22 İyun 2018 11:28
- 2 357
Sirkdə fil və dəniz şirlərinin çıxışı qadağan edildi
İsveç hökuməti ölkə ərazisində sirklərdə fil və dəniz şirlərinin çıxışlarını qadağan edib.
Trend-in məlumatına görə, bu qərar 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd olunur ki, İsveç sirkləri bu heyvanların çıxışlarından artıq imtina etdikləri üçün, qərar əsasən ölkədə çıxış edəcək xarici sirklərə şamil olunacaq.
AzNews.az